Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gənclər Fondu “Sirlər xəzinəsi” intellektual müsabiqəsini elan edir
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu "GəncApp" mobil tətbiqi üzərindən “Sirlər xəzinəsi” adlı intellektual müsabiqəyə start verir.
Müsabiqəyə 16-29 yaş arasında bütün gənclər qatıla bilərlər.
İlk müsabiqə 17-21 mart tarixlərini əhatə edir. Bu müddətdə hər gün GəncApp mobil tətbiqi vasitəsilə iştirakçılara 1 sual-bildiriş göndəriləcək. Müsabiqənin yekununda ən çox xal toplayan 3 gənc qalib seçilərək mükafatlandırılacaq.
Müsabiqədə iştirak etmək üçün “GəncApp” mobil tətbiqini həm Android, həm də iOS əməliyyat sistemli mobil telefonlar üçün yükləyə bilərsiniz.
Müsabiqənin sualları hər gün GəncApp mobil tətbiqi üzərindən bildiriş vasitəsilə – saat 21:00-da göndəriləcək. Suallara doğru cavab verən gənclər isə qoyulmuş qaydalara əsasən xallar toplayacaq.
Müsabiqə şərtləri çox sadədir:
GəncAPP mobil tətbiqi yükləməlisiniz.
Sualı təqdim edildiyi vaxtdan 60 dəqiqə müddətində cavablandırmaq şansınız var.
Xalların hesablanması aşağıdakı qaydada aparılacaq. Doğru cavabı qeyd edən ilk 5 gənc:
- 1-ci doğru cavab – 10 xal
- 2-ci doğru cavab – 8 xal
- 3-cü doğru cavab – 6 xal
- 4-cü doğru cavab – 4 xal
- 5-ci doğru cavab – 2 xal
Sonrakı doğru cavablara görə hər iştirakçı 1 xal qazanır. Müsabiqənin yekununda ən çox xal toplayan 3 gənc qalib seçiləcək!
Qaliblərimizi dəyərli hədiyyələr gözləyir!
Yarış və qazan!