Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2340

Azərbaycanla Əfqanıstan arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov aprelin 8-də Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhun ilə görüşüb.

Səfiri səmimi salamlayan nazir Anar Kərimov Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində inkişafından məmnunluğunu ifadə edib. İki xalq arasında ortaq mədəni və tarixi dəyərlərə əsaslanan dostluq əlaqələri olduğunu deyən nazir müxtəlif səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin mövcud əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verdiyini bildirib. 

Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini bildirən Anar Kərimov “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na toxunub, mədəni əlaqələrin dərinləşdirilməsi üçün iki ölkənin mədəniyyətini təqdim edən tədbirlərin, festivalların, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tarixi zəfərlə nəticələnən Vətən müharibəsindən söz açan nazir Anar Kərimov Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul etdiklərinə görə Əfqanıstan dövlətinə, ölkəmizin haqq işini müdafiə edən əfqan xalqına minnətdarlığını bildirib.  

Səmimi qəbula görə təşəkkür edən səfir Amanullah Ceyhun da öz növbəsində xalqlarımız arasında dini, tarixi və mədəni yaxınlığın mədəniyyət sahəsində münasibətlərin möhkəmləndirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb.

Vətən müharibəsindəki Qələbəyə görə xalqımıza təbriklərini ifadə edən Amanullah Ceyhun Əfqanıstan xalqının və dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

İşğaldan azad olunmuş ərazilərə səfər etdiyini bildirən diplomat xüsusilə Füzulidə gördüyü dağıntılardan, erməni vandalizminin nəticələrindən dəhşətə gəldiyini deyib.

Söhbət zamanı mədəniyyətin müxtəlif sahələrində, o cümlədən muzey işi sahəsində əməkdaşlıq, iki ölkənin milli kitabxanalarında müvafiq olaraq Azərbaycana və Əfqanıstana həsr olunan guşələrin yaradılması, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə birgə sərgi və tədbirlərin təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.  

Görüş ölkələr arasında mədəniyyət sahəsində gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi