Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2264

Azərbaycan Respublikasının Milli Komissiyası ilə ICESCO arasında məsləhətləşmələr aparılıb

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə (ICESCO) Azərbaycan Respublikasının təşkilat üzrə Milli Komissiyası arasında elm, texnologiya və innovasiya sahələrində əməkdaşlıq çərçivəsində yaxın müddətdə həyata keçiriləcək proqram və fəaliyyətlərin müzakirə olunması məqsədilə virtual görüş keçirilib.

Görüşdə ICESCO-nu təşkilatın Elm və Texnologiya bölməsinin rəhbəri Dr. Rahil Qəmər, adıçəkilən bölmənin məsləhətçisi Məhəmməd Şərif və bölmənin eksperti Fued El-Ayni, Azərbaycan Respublikasının Milli Komissiyasını isə Milli Komissiyanın baş katibi Vasif Eyvazzadə və Komissiyanın üzvü Leyla Tağızadə təmsil edib.

Görüş zamanı kiçik alət və cihazların, tibbi və bioloji təchizat vasitələrinin və müasir diaqnostika cihazlarının hazırlanması və dizayn edilməsinin öyrənilməsi məqsədilə ICESCO tərəfindən Bakı şəhərində keçirilməsi təklif olunan mühəndislik sahəsində təlimlərin təşkili ilə əlaqədar müzakirələr aparılıb.

Tərəflər arasında 2021-ci ilin iyul ayında gənclər üçün texnologiya və innovasiya sahələrində kiçik bizneslərin qurulması və inkişaf etdirilməsi ilə bağlı üç günlük təlim proqramının həyata keçirilməsi təklifi müzakirə olunub.

Təlim proqramı, həmçinin iştirakçıların öz layihələrini reallaşdırması məqsədilə altı həftəlik sürətləndirilmiş kursu əhatə edəcək. Proqram Kənd Təsərrüfatı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin əməkdaşlığı ilə həyata keçiriləcək. Sonrakı mərhələdə proqramın daha 10 ölkədə həyata keçirilməsi nəzərdə tutulub.

Görüşdə, həmçinin cari ilin iyun ayında ICESCO-nun Elm və Texnologiya bölməsi tərəfindən Mərakeşin Ağadir şəhərində “Dayanıqlı və Ağıllı Şəhərlər” mövzusunda keçiriləcək simpoziumla bağlı fikir mübadiləsi aparılıb.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib