Azərbaycan Milli Incəsənət Muzeyində Hacı Zeynalabdin Tağıyevın xatirə gecəsi keçiriləcəkdir
9547
30.01.2018
30.01.2018 05:14
3 fevral 2018-ci il tarixində, saat 15.00-da Azərbaycan Milli Incəsənət Muzeyində Hacı Zeynalabdin Tağıyevın (1838-1924) xatirə gecəsi keçiriləcəkdir.
XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyev, ad və fəaliyyətində vətənpərvərlik, nəciblik, comərdlik, xalqına və ailəsinə sadiqlik kimi insana xas ən ali keyfiyyətlərin təcəlli tapdığı şəxsiyyətlər sırasındadır.
Hacı Zeynalabdin Tağıyev ictimai, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə ümumxalq sevgisini qazanmış və əbədi olaraq xalqın yaddaşında yaşayacaqdır.