Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3807

Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi qeyd ediləcək

Azərbaycan Respublikasının Prezidentinin “Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında” Sərəncamına uyğun olaraq 17 oktyabr 2018-ci il tarixində saat 15:00-da Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcəkdir.

Məlumat üçün qeyd edək ki, Mingəçevir Dövlət Dram Teatrı 1968-ci ildə yaradılmışdır. Bu sənət ocağı 1969-cu ilin mart ayının 28-də C.Cabbarlının “Almaz” tamaşası ilə fəaliyyətə başlamışdır.  Teatrın ilk mütəxəssisləri Mingəçevir Xalq Teatrının və Azərbaycan Dövlət Teatr İnstitutunun məzunlarından ibarət olunmuşdur. Bu illər ərzində kollektiv dünya və Azərbaycan dramaturgiyasından 300-ə yaxın  tamaşa hazırlamışdır.

Yarandığı gündən repertuarında milli klassik və müasir dramaturgiya nümünələrini əsas götürən Mingəçevir Dövlət Dram Teatrı rus və dünya dramaturgiasına da müraciət etmişdir. “Almaz” (C.Cabbarlı), “Hacı Qara” (M.F.Axundzadə), “Eşq və İntiqam”, “Laçın yuvası” (S.S.Axundov), “Həmyerlilər” (A.Məmmədov), “Fərhad və Şirin”, “Vaqif” (S.Vurğun), “Yağışdan çıxdıq yağmura düşdük” (N.B.Vəzirov), “Kəndçi qızı” (M.İbrahimov), “Cavanşir”, “Şeyx Şamil” (M.Hüseyn), “Qətl günü” (Y.Səmədoğlu) ilə yanaşı “Ezop” (Q.Fiqeyredo), “Toros canavarı” (Ə.Nesin), “Müfəttiş”, “Evlənmə”  (N.Qoqol), “Ayrılmaq anı”  (M.Bayciyev) kimi əsərlər teatrın səhnəsində müvəffəqiyyətlə tamaşaya qoyulmuş, tamaşaçıların  rəğbətini qazanmış, mətbuatda geniş işıqlandırılmışdır.

Mingəçevir Dövlət Dram Teatrı Azərbaycanda və onun hüdudlarından kənarda da fəal mədəniyyət ocağı kimi tanınır. Teatr Respublikamızın əksər şəhər və rayonları ilə bərabər Türkiyə, Gürcüstan, Dağıstan Respublikalarında qastrol səfərləri keçirmiş, bir neçə dəfə Respublika festivallarının iştirakçısı və qalibi olmuşdur.

Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin 10 mart  2004-cü il tarixli qərarı ilə,  Mingəçevir Dövlət  Dram Teatrının Hüseyn Cavidin “Ana” tamaşası klassik dramaturgiyanın uğurlu səhnə təcəssümünə görə “Qızıl Dərviş” mükafatına layiq görülmüşdür.

Nəzərinizə çatdırırıq ki, adıçəkilən teatrda iki nəfər Xalq artisti (Zülfüqar  Abbasov və Ella Yaqubova), iki nəfər Əməkdar  artist  (Akif Mirabov və Şıxı Yaqubov) və bir nəfər Əməkdar rəssam (Rafael Haşımov) çalışır.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib