Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4939

Dirijor Əyyub Quliyev opera və balet teatrinin baş dirijoru və musiqi rəhbəri təyin olunmuşdur

Azərbaycan Respublikasının Əməkdar artisti, Respublika Prezidenti mükafatçısı, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev Azərbaycan Dövlət  Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri vəzifəsinə təyin edilib.
Əyyub Quliyev 1999-2005-ci illərdə Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsində, 2005-2007-ci illərdə N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında, 2008-ci ildə isə Vyana Dövlət  Musiqi və İncəsənət Universitetində təhsil  almışdır. 
Hələ Bakı Musiqi Akademiyasının tələbəsi ikən o dirijor kimi fəaliyyətə başlamışdır. 
Azərbaycan Dövlət Opera və Balet Teatrında  Ə.Quliyev 2011-ci ildən çalışır. Hazırda Teatrın repertuarında olan bir çox opera və balet tamaşalarını  böyük uğurla idarə edir. 
Ə.Quliyev çox gənc yaşlarından bir sıra hökumət mükafatlarına layiq görüllmüşdür. 1998-ci ildə Respublika Prezidentinin sərəncamı ilə onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabına” yazılmış və o, Prezident təqaüdünə layiq görülmüşdür. 2002-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” fondunun təsis etdiyi “İlin ən yaxşı tələbəsi” nominasiyasının, 2006-cı ildə Azərbaycan Milli mədəniyyət mərkəzinin “Uğur-2006” mükafatının,  2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" mükafatının, 2015-ci ildə "Humay" Milli mükafatının qalibi olnuşdur. 
Əyyub Quliyev geniş konsert fəaliyyəti ilə də məşğul olur. O dünyanın bir çox ölkələrində - ABŞ, Böyük Britaniya, Avstriya, Almaniya, Slovakiya, İspaniya, Çexiya, İtaliya, Rumıniya, Yunanıstan, Polşa, Norveç, Litva, Rusiya, Ukrayna, Belarus, İran, Türkiyə və s. çoxsaylı  qastrol səfərlərində olmuş, bir sıra nüfuzlu orkestlər – B.Safonov adına Filarmonik orkestr (Rusiya), Rumıniya Filarmonik orkestri, London Kral Filarmonik orkestri, Vyana Dövlət Kamera orkestri, Slovakiya Dövlət Kamera orkestri, Türkiyə Prezident Simfonik orkestri, A.Toskanini adına Filarmonik orkestri (İtaliya), Novosibirsk Filarmonik orkestri (Rusiya). Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri və s. çıxış etmiş və Azərbaycan simfonik musiqi sənətini ləyaqətlə təmsil etmişdir.
Gənc və istedadlı dirijor həm də pedaqoji fəaliyyətlə məşğul olur. Üz.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xor dirijorluğu” kafedrasının dosentidir.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib