Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1590

Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur

UNESCO-nun ən vacib tədbirlərindən hesab edilən Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası bu il, iyulun 21-31-də Hindistanın paytaxtı Nyu Dehlidə keçirilir.

Tədbirdə Mədəniyyət Nazirliyini nazir müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. İyulun 21-də baş tutan Sessiyanın rəsmi açılış mərasimində UNESCO-nun Baş direktoru, Hindistanın Baş naziri və digər yüksək səviyyəli rəsmilər çıxış etdi.

İyulun 22-də iclasın gündəliyi təsdiq edildi. Gündəlik üzrə Katibliyin hesabatı, məşvərətçi orqanlar olan ICOMOS, IUCN və ICCROM-un və Regional mərkəzlərin hesabatları dinlənildi, Komitənin büdcəsi və Mədəni irs üzrə potensialın gücləndirilməsi üzrə Strategiya müzakirə edildi. Müzakirələr çərçivəsində Azərbaycanın milli bəyanatı ilə çıxış edən UNESCO yanında daimi nümayəndə səfir Elman Abdullayev Azərbaycanda mədəni irsə dəstək, Ermənistan işğalı dönəmində qəsdən tamamilə dağıdılmış şəhərlərin və tarixi abidələrin bərpası, eləcə də mədəni irsin iqlim dəyişikliklərinin təsirindən qorunması üçün COP29 çərçivəsində planlaşdırılan tədbirlər haqda məlumat verdi. Gündəlik üzrə müzakirələr növbəti günlərdə davam edəcəkdir.

Səfər çərçivəsində iyulun 22-də nazir müavini S.Yusifova BƏƏ-dən olan həmkarı Mübarək əl Nakhi ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi, son ildə təmaslarımızın daha da intensivləşdiyi vurğulandı. M. Əl Nakhi “Şuşa İslam mədəniyyətinin paytaxtı 2024” ilinin açılışında, Xarı Bülbül Festivalında iştirak etdiyini və Şuşaya valeh olduğunu bildirdi.

Görüşdə həmçinin, ötən il Dubayda baş tutan COP28 çərçivəsində başladılan mədəni təşəbbüslərin COP29 çərçivəsində davam etdirilməsi üçün birgə fəaliyyət istiqamətləri ətrafında müzakirə aparıldı.

Həmin gün həmçinin nazir müavini Avstraliyalı həmkarı xanım Reyçel Perri ilə də görüşüb. Görüşdə mədəni irsin qorunması üçün beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq, ən yaxşı təcrübələrin mübadiləsi və təbliği, eləcə də iqlim dəyişiklliyiinin mədəni irsə təsirlərindən qorunma üçün effektiv mexanizmlər ətrafında müzakirə aparıldı. Qarşı tərəfə COP29 çərçivəsində ölkəmizdə reallaşacaq mədəni tədbirlər və yeni təşəbbüslər haqda ümumi məlumat verildi. 46-cı sessiyada iştirak edən Azərbaycan Respublikasının nümayəndə heyətində həmçinin ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Milli Komissiyası, ICOMOS Azərbaycan və İçərişəhər DTMQİ təmsil olunur.

XƏBƏRLƏR

10.09.2024 10:07
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.09.2024 17:23
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
05.09.2024 10:54
Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb
05.09.2024 09:44
Bəstəkarlarımızın yeni əsərləri musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək
04.09.2024 14:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar
04.09.2024 10:15
Azərbaycanda ilk dəfə "Baku Cinema Breeze" beynəlxalq film festivalı keçiriləcək
30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb