Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
903

Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə digər sahələr kimi, kitab sənayesi də uğurla inkişaf edir. Məhz bu qayğının nəticəsində bu gün Azərbaycan beynəlxalq kitab sənayesinin bir hissəsinə çevrilib. Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizin bu sahədəki uğurlarının beynəlxalq aləmdə tanıdılması diqqət mərkəzində saxlanılır. Azərbaycan dünyanın məşhur kitab sərgilərində xüsusi stendlə təmsil olunur, nəşrlərimiz yüksək qiymətləndirilir, mükafatlara layiq görülür. Ölkəmiz neçə-neçə nüfuzlu kitab sərgilərinə dəvət olunur.

Təsadüfi deyil ki, Azərbaycan 2-10 noyabr tarixlərində keçiriləcək 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində “fəxri qonaq ölkə” kimi iştirak edəcək. Oktyabrın 16-da Almaniya Federativ Respublikasında "Oxu. Düşün. Əlaqələndir" devizi ilə 76-cı Frankfurt Beynəlxalq Kitab Sərgisi işə başlayıb. 95 ölkədən 4000 iştirakçının bir araya gəldiyi sərgidə bu il “fəxri qonaq ölkə” İtaliyadır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz bu il də sərgi xüsusi stendlə təmsil olunur.

Yeri gəlmişkən bildirək ki, Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində 2009-cu ildən etibarən ardıcıl olaraq iştirak edir. Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərliyi ilə yerli yazar və naşirlərdən ibarət nümayəndə heyəti Frankfurt-Mayn şəhərində keçirilən sərgidə iştirak edir. Yenilənmiş dizayna malik milli stenddə Azərbaycan mədəniyyətinə, tarixinə dair 125 adda 230 nüsxə kitab ziyarətçilərə təqdim edilir. “Xalq Bank”ın “Xalq əmanəti” layihəsi üzrə işıq üzü görən kitabların da yer aldığı stendimizdə “TEAS Press”, “Hədəf Nəşrləri” və “Qədim Qala” nəşriyyatlarının nümayəndələrinin əməkdaşlıq görüşlərinin keçirilməsi planlaşdırılır. Ümumiyyətlə, kitab işi sahəsində çalışan minlərlə mütəxəssisin görüş yeri olan Frankfurt sərgisi yeni əməkdaşlıqların qurulması və təcrübə mübadiləsi üçün mühüm platformadır. Oktyabrın 20-dək davam edəcək sərgi müddətində tanınmış yazar Rövşən Abdullaoğlunun müxtəlif dillərdə nəşr olunan əsərlərinin təqdimatı nəzərdə tutulub. Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra işgüzar görüşlər keçirib.

Roma Milli Mərkəzi Kitabxanasının direktoru Stefano Campagnolo ilə görüşdə direktor 2023-cü ilin sentyabr ayında Bakıda Azərbaycan Milli Kitabxanasının 100 illiyinə həsr olunmuş forumda iştirakı məmnunluqla yada salıb, tədbirin yüksək təşkilatçılığını vurğulayıb. Söhbət zamanı iki ölkənin kitabxanaları arasında əməkdaşlığın dərinləşdirilməsi, kitab mübadiləsi və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, sərginin açılış günündə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, İstanbul Ticarət Odası və Türkiyə Naşirlər Birliyinin üzvlər ilə də işgüzar görüşlər olub, kitab və nəşriyyat işi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

XƏBƏRLƏR

03.12.2024 15:48
Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçirilir
03.12.2024 10:09
İslam ökələrinin gəncləri arasında “Şuşa Yaradıcılıq Marafonu” keçirilir
02.12.2024 10:19
CulTech İnkubasiya proqramına qəbul davam edir!
29.11.2024 17:51
Mədəniyyət naziri Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
29.11.2024 12:04
Xalq rəssamı Rafiq Nəsirov vəfat edib
25.11.2024 17:34
Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər
23.11.2024 17:38
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb
21.11.2024 11:39
Azərbaycanda ilk dəfə Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü qeyd edilib
20.11.2024 16:54
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
09.11.2024 11:53
Azad torpaqlarda bayram konsertləri təşkil olunub
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub