Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1977

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Milli gənclər siyasəti” mövzusunda dəyirmi masa

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında  30 oktyabr 2018-ci il tarixdə  “Milli gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə açan kitabxananın  elmi işlər üzrə direktor müavini Xalidə Musayeva bildirdi ki, ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir və onlara yüksək şərait yaradılması istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Çünki, gənclik daim axtarışda olan, yeniliyi sevən, yalnız irəliyə doğru can atan cəmiyyətin novator aparıcı qüvvəsidir. Hazırda Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunan Azərbaycan gəncliyinin  ölkəmizdə xeyli sayda gənclər təşkilatı fəaliyyət göstərir. Məhz xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Kitabxananın direktoru Oruc Quliyev çıxışında bildirdi ki, Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur və bu istiqamətdə də davam edəcəkdir. Oruc Quliyev həmçinin, gənclərə elmə, təhsilə dərindən yiyələnməyi,  ədəbiyyatla, qiraətlə həyatı dərindən görməyi, inkişafımızın hər bir sahəsində fəallığa,  geniş dünyagörüşünə malik olmağı tövsiyə etdi.

Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin kitabxana müdiri Validə Hacıyeva çıxışında respublika rəhbərliyinin gənclərin təhsilinə yüksək önəm verməsindən, xarici ölkələrdə təhsillərini davam etdirmələri üçün qayğı və köməkliyindən danışdı.

Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin baş metodisti Samirə Cəlilovanın çıxışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  “Azərbaycan gəncliyi 2017- 2021-ci illərdə” Dövlət Proqramı haqqında Sərəncamı və bu Sərəncamdan irəli gələn vəzifələr haqqında oldu.

Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinin  gənclər təşkilatının sədri Sənan İmanov bu gün dünyanın bir çox ölkələrində öz sözünü deyə bilən gənclərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sonsuz qayğısı, Azərbaycan Gənclərinin Forumları ətrafında çıxış etdi. 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illiyi münasibəti ilə gənc yazıçı və şairlərin virtual məkanda müsabiqələrinin iştirakçıları Esmira Günəş, Savalan Abbasoğlu, Xəyal Zeynal, Mənsur Həsənzadə Azərbaycanda milli gənclər siyasəti haqqında fikirlərini bildirəndən sonra öz şeirlərini oxudular.

Tədbirdə  həmçinin, gənc yazar Çinarə Köçərli, Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin baş metodisti Kəmalə Şahverdiyeva, Nərimanov rayon Gənclər Birliyi ilə əməkdaşlıq edən İradə Omarova,  Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinin  gənclər təşkilatının  sədrinin müavini Sevinc Alışova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də iştirak edirdilər. 

Tədbirdə Azərbaycan milli gənclər siyasətinə həsr olunmuş video-rolik nümayiş edildi.

Tədbirin sonunda “Milli gənclər siyasəti” adlı kitab sərgisinə baxış keçirildi.

 

XƏBƏRLƏR

01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 14:57
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
01.05.2024 11:35
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
30.04.2024 13:05
Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
29.04.2024 14:22
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29.04.2024 09:49
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb
26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı