Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2096

"Azərbaycanın sənət incilərində yaşayan milli irsi” - Daşkənddə sərgi açılıb

Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 12-də Özbəkistan Təsviri Sənət Qalereyasında “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışı olub.

Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, iki ölkənin tanınmış mədəniyyət, incəsənət və elm xadimləri və qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Özbəkistan Təsviri Sənət Qalereyasının direktoru Kamila Baltabayeva sənət ocağı və sərgi haqqında danışıb. Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova Azərbaycan təsviri və dekorativ-tətbiqi sənəti barədə məlumat verib. Deyib ki, sərginin konsepsiyası Azərbaycan milli irsinin zəngin tarixə və qədim bədii ənənələrə, bugünkü incəsənətimizin varislik prinsiplərinə əsaslanır.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Məlumat verilib ki, sərginin birinci hissəsi Azərbaycan Milli İncəsənət Muzeyində qorunan peşəkar Azərbaycan qrafikasının banisi Əzim Əzimzadənin XX əsrin əvvəllərində yaratdığı əsərləribəhatə edir. Qrafik əsərlərin bədii interpretasiyaları muzey fondunun unikal eksponatları əsasında işlənib.

İkinci zalda son 20 il ərzində toplanan şəxsi kolleksiyadan 27 ədəd XVIII-XX əsrlərə aid kəlağayı təqdim edilir. Üçüncü zalda “Azərxalça” ASC-nin xalçaları nümayiş olunur. Növbəti zalda Azərbaycan Rəssamlar İttifaqı tərəfindən hazırlanan videoçarx nümayiş etdirilir. Qalereyanın ikinci mərtəbəsinin foyesində qurama, zərgərlik, misgərlik, şəbəkə üzrə əl işləri sərgilənir. Sənətkarlarımız əl işlərinin hazırlanması prosesini əyani şəkildə nümayiş etdirirlər. Ənənələrin yaşaması ideyası həmin məkanda təqdim olunan “Adi şəhər” adlı fərdi fotosərgidə də yer alıb.

Daha sonra qonaqlar "ATİDE” və “Anara Zakirli” geyim brendlərinin nümayişini izləyiblər. “ATİDE” 2019-cu ildə təsis edilmiş Azərbaycan brendidir. Brendin müəllifi istedadlı modelyer Aida Kahvecidir. Brendin adı “sandıq” mənasını verir ki, bu da təsadüfi deyil. Məqsəd ana və nənələrimizin sandığında qədimdən qalan milli geyimlərimizi müasir moda ilə birləşdirərək Azərbaycanın mədəni irsini yaşatmaq və gələcək nəsillərə ötürməkdir. Təqdim olunan “Şamaxı” geyim kolleksiyası Azərbaycanın qədim şəhərlərindən Şamaxının adını daşıyır. Qədimdə Azərbaycanın məşhur qadın baş örtüyü olan kəlağayıların bir qismi Şirvan bölgəsində istehsal olunurdu ki, onlara da el arasında “Şamaxı” deyilirdi. Kolleksiyada təqdim olunan geyimlərin üzərində məhz kəlağayı ornamentləri təsvir edilib. Azərbaycan brendi “Anara Zakirli” isə 2018-ci ildə təsis edilib. Müəllifi istedadlı modelyer Anara Zakirli olan brendin yaradılmasında məqsəd Azərbaycanın milli xalça ornamentlərini müasir geyimlərlə sintez edərək moda dünyasına tanıtmaq, Şərqin və Qərbin ahəngində parlayan ölkəmizin mədəniyyətini dəbli geyimlərlə hər kəsin diqqət mərkəzinə çəkməkdir. Təqdim olunan “Zərəfşan” geyim kolleksiyası Azərbaycanın məşhur "Əfşan" xalçasından ilhamlanaraq hazırlanıb. Geyimlərdə Odlar yurdu Azərbaycanın al-əlvan rəngli milli ornamentlərini özündə əks etdirən və özəl olaraq hazırlanmış unikal parçalardan istifadə edilib.

Kolleksiyada təqdim olunan hər bir işin arxasında əsrlik tarix, sirli hekayələr, incə əl işi və ucsuz-bucaqsız təxəyyül dayanır. Azərbaycan xalq mahnılarının müşayiətində təqdim edilən tarix yadigarları, xalça və digər əl işləri ziyarətçilərdə zəngin təəssürat yaradır.

XƏBƏRLƏR

18.10.2024 17:11
Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparılıb
18.10.2024 09:02
Füzulidə geniş konsert proqramı təqdim olunub
17.10.2024 17:25
Musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişiklik edilib
17.10.2024 17:02
Füzulidə növbəti “Şəhər günü” keçirilir
16.10.2024 16:16
Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
16.10.2024 11:31
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
15.10.2024 17:32
Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
15.10.2024 10:00
Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib
11.10.2024 16:11
ICESCO nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
11.10.2024 12:54
Adil Kərimli “Yuğ” teatrının kollektivi ilə görüşüb
11.10.2024 12:38
Mədəniyyət naziri Azərbaycan Dövlət Kukla Teatrında olub
09.10.2024 18:17
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
09.10.2024 09:17
Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası öz işinə başlayıb
08.10.2024 16:59
UNESCO Baş Qərargahında Azərbaycanın COP29-da baş tutacaq mədəniyyət məzmunlu tədbirlərinə dair təqdimat keçirilmişdir
07.10.2024 22:31
“Baku Cinema Breeze” çərçivəsində 8-ci DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı keçirildi
07.10.2024 17:27
Türk Dünyasının Beynəlxalq Animasiya Festivalı keçirilib
07.10.2024 17:18
7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi
07.10.2024 14:37
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub
04.10.2024 17:15
Cəbrayılda ilk "Şəhər günü" keçirilib
04.10.2024 15:17
“Baku Cinema Breeze” festivalı çərçivəsində “Omarket”in platformasının açılışı olub
03.10.2024 17:26
Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilir
03.10.2024 12:34
Görkəmli qazax yazıçısı Kemel Tokayevin dilimizə tərcümə edilmiş "Xüsusi tapşırıq" kitabının təqdimatı keçirilib
03.10.2024 12:14
“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib
02.10.2024 17:29
Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı
01.10.2024 14:35
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi işğaldan azad edilən ərazilərdə incəsənət təhsili üzrə ilk tədris ocağıdır
01.10.2024 12:14
Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin geniş icmalı
01.10.2024 10:22
“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılışına sayılı günlər qaldı
30.09.2024 17:47
X Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
30.09.2024 17:40
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024 17:20
Monteneqroda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının növbəti Assambleyası təşkil olundu
27.09.2024 16:55
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
27.09.2024 15:44
Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər
26.09.2024 14:32
Qazaxıstan Milli Muzeyində müxtəlif mövzularda mühazirələr təşkil olunub
26.09.2024 09:50
Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti olub